Ekonomiks 21:14 03.02.2019

Kasıblar üçün Avropanın ən ucuz turist şəhərləri (SİYAHI)

Böyük Britaniyanın "Which?” İstehsalçılar Assosiasiyası Birliyi büdcə turistləri üçün Avropa ölkələrinin şəhərlərinin reytinqini hazırlayıb.

Polşanın Krakov şəhəri reytinqdə birinci yerdədir. İkinci yerdə Valensiya, üçüncü yerdə isə Budapeşt gəlir. Bu siyahıya həmçinin Berlin, Sevilya, Amsterdam və Vyananı aid edilib.

Reytinq saytda izləyicilərin suallara verdikləri cavablar əsasında müəyyən edilib. İzləyicilər şəhərləri yaşayış səviyyəsi, görməli yerlər, qida və içki, nəqliyyat, şopinq imkanı və qiymət meyarları üzrə qiymətləndiriblər.

Bundan əvvəl mütəxəssislər ən təhlükəsiz ölkələrin də reytinqini tərtib ediblər. Bu siyahıda birinci yeri Sinqapur tutub. (sputnik)