İdman 10:43 14.06.2013

Kasilyas gedəcəyini açıqladı

Madridin “Real” klubunun və İspaniya yığmasının qapıçısı İker Kasilyas karyerasını bitirmək haqqında qərar verib. 

ANS PRESS-in verdiyi xəbərə görə, məşhur oyunçu 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatından sonra bu addımı atacaq: “Mən 2014-cü il dünya çempionatından sonra karyeramı bitirməyi planlaşdırıram. Biz öz yaşımızı dərk edirik. Mən özümü, Xavini, Xabi Alonsonu, Puyolu, Vilyanı, Torresi nəzərdə tuturam. Mundial bizim üçün sonuncu böyük turnir olacaq”.

Qaynar.info