İdman 12:51 22.08.2013

Kasilyas "Barselona"ya keçir - ŞOK

"Real Madrid"in qapıçısı İker Kasilyasın "Barselona"ya keçəcəyi ilə bağlı iddia ortaya atılıb. 

Qaynar.info xəbər verir ki, Joze Mourinyo zamanında baş məşqçi ilə problemlər yaşayan qapıçı yeni baş məşqçi Karlo Ançelotti ilə də yola getmir. 

Ançelottinin "Betis"lə oyunda qapını Dieqo Lopesə tapşırması Kasilyasın transfer məsələsini gündəmə gətirib. 

"Barselona"ya yaxınlığı ilə tanınan "Sport" qəzeti "Barsa"nın idman direktoru Andoni Zubizarettanın gələn mövsüm komandadan ayrılacaq Viktor Valdesin yerinə Kasilyasın gətirilməsi üçün danışıqlara başladığını yazıb. 

Qaynar.info