İdman 21:25 19.03.2014

Kasilyas yeni rekord qırdı

"Real"ın qapıçısı İker Kasilyasın qırdığı rekordlarının sırasına daha biri əlavə olunub.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Çemppionlar Liqasının 1/8 finalında "Şalke" ilə cavab qarşılaşmasında Madid klubunun qapısını qoruyan təcrübəli qolkiper bu turnirdə ümumilikdə 12 min 37 dəqiqə meydanda olmağı bacarıb. Bununla da o, "Real"ın keçmiş hücumçusu Raul Qonzalesin rekordunu (11 min 999 dəqiqə) qıraraq ÇL tarixində ən uzun müddət oyunlarda iştirak edən futbolçu olub.

Qeyd edək ki, bu siyahıda üçün pillənin sahibi 10 min 820 dəqiqə ilə "Barselona"dan Xavidir.

ANN.Az