Texnologiya 12:30 14.09.2017

"Kaspersky Lab" qadağan edildi

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi federal qurumlarda Rusiyanın "Kaspersky Lab" firmasına aid proqramların istifadəsinə qadağa qoyub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, şirkətin proqramları milli təhlükəsizlik səbəbilə qadağan edilib. Bildirilir ki, qərarın səbəbi firmanın Rusiya ilə əlaqəsindən ehtiyat edilməsidir. Nazirlikdən verilən açıqlamada "Nazirlik Kaspersky rəsmilərinin Rusiya kəşfiyyatı və digər qurumlarla əlaqəli olmağından narahatdır" deyilir.

Qeyd edək ki, qərarın icrası 3 ay müddətində tamamlanacaq.

"Kaspersky" şirkəti isə məsələ ilə bağlı açıqlama verərək qərarı "əsassız" adlandırıb.

Gülşən

Qaynarinfo.Az