Dünya 14:56 12.09.2017

Kataloniyalılardan müstəqillik tələbi

İspaniyanın Barselona şəhərində Kataloniyanın "milli bayramı" olan Diada günündə müstəqillik tələbi ilə aksiya keçiriblər.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Diada günü 1714-cü ildə Kataloniyanın ispanlar tərəfindən işğal günü münasibətilə keçirilir. 1 oktyabrda keçiriləcək müstəqillik referendumuna hazırlaşan kataloniyalılar aksiya təşkil edərək İspaniyadan ayrılmağı tələb ediblər. Aksiyanın təşkilatçıları 1800 avtobusla insanları Barselonaya daşıyıblar.

Qeyd edək ki, Kataloniya 2012-ci ildən bəri müstəqillik tələbi ilə çıxış edir. İspaniya hökümətinin qadağasına və etirazına baxmayaraq 7,5 milyon əhalisi olan bölgə referenduma hazırlaşır.

Gülşən

Qaynarinfo.Az