Ölkə 11:40 08.09.2018

Keçmiş Baş prokurorun qardaşına yüksək vəzifə verildi

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov daha bir kadr dəyişikliyi həyata keçirib.

Qaynarinfo azpolitika.info-ya istinadən xəbər verir ki, N.Bayramov Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sədri Əli Məmmədovu vəzifəsindən azad edib. 

İcra başçısının əmri ilə bu vəzifəyə keçmiş baş prokuror Əli Ömərovun qardaşı Dilqəm Ömərov təyin olunub.