Foto 20:42 09.03.2018

Keçmiş bələdiyyə sədri cəzaçəkmə müəssisəsində dünyasını dəyişdi (FOTO)

Salyan rayonunun Kürqaraqaşlı bələdiyyəsinin həbsdə olan keçmiş sədri Rövşən Hüseynov 2 saylı cəza evində ağır xəstəlikdən dünyasını dəyişib.

Virtualaz.org saytının məlumatına görə, 49 yaşlı Rövşən Hüseynov 2015-ci  ildə məhkəmənin hökmü ilə  8,5 il  müddətinə azadlıqdan məhrum edilmişdi. O, ağır şəkər xəstəsi olduğundan böyrək çatışmazlığından əziyyət çəkirdi.

Mərhum bu gün yaşadığı Kürqaraqaşlı kəndində torpağa tapşırılıb.