Xəbər lenti

Keçmiş məmura məxsus olduğu deyilən klinika xaricə valyuta çıxarıb?
Ekonomiks 18:43 15.05.2024

Keçmiş məmura məxsus olduğu deyilən klinika xaricə valyuta çıxarıb?

Nəsimi rayonunda fəaliyyət göstərən "Medcial Palaza" valyuta tənzimi qaydalarını pozmaqda ittiham edilir. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi (DGK) Medical Plaza barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib edib. 

Maddədən aydın olur ki, "Medical Plaza" idxal malları üçün avans yolu ilə valyuta vəsaiti ödəyib. Məbləğin nə qədər olması barədə məlumat yoxdur. Mallar idxal olunmayıb. Bu halda valyuta vəsaiti geri qaytarılmalıdır. Amma "Medical Plaza"nın ödədiyi vəsait geri qaytarılmayıb. Buna görə vəzifəli şəxslər həmin valyuta vəsaitin 10 faizindən 20 faizinədək, hüquqi şəxslər 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir. İşə Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq. 

"Medical Plaza" 20 may 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Klinikanın qanuni təmsilçisi Emine Polatdır. 

Mediada gedən məlumatlarda iddia olunur ki, klinikanın əsl sahibi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovdur. 

"Medical Palaza" təsis ediləndə onun qanuni təmsilçisi Qaraşova Rəmziyyə Sahib qızı olub. Məlumatlara görə, o, Arif Qaraşovun xanımıdır. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->