Sənət 11:55 06.12.2018

Keçmiş nazir Mircəfər Bağırovun Müşfiqi öldürməsindən danışdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş rəhbəri Hüseyn Bağırov Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi işləmiş qohumu Mircəfər Bağırovun şair Mikayıl Müşfiqi şəxsən özünün öldürməsi ilə bağlı deyilənlərə aydınlıq gətirib.

Qaynarinfo xəbər verir ki, sabiq nazir modern.az saytına verdiyi geniş müsahibəsində bu barədə də danışıb.

H.Bağırov bildirib ki, atasının əmisi olan Mircəfər Bağırovun Mikayıl Müşfiqi şəxsən özünün güllələməsi ilə bağlı deyilənlər yalandır:

"Bir məqalədə oxudum, qohumu deyir ki, Mircəfər Bağırov gəlib tapança ilə vurub. O, ölkənin birinci katibi idi. O, tapança ilə kamera-kamera gəzən adam deyildi. Fakt da sübut edir ki, belə şey olmayıb. Bu qədər bəsit düşünmək olmaz.

Bu, onu göstərir ki, biz öz tariximizi öyrənməyə hələ ehtiyac duymuruq, tariximizdən qidalanmırıq. Yanlış tarix bizə nə dərs verə bilər? Həqiqəti bilmək lazmdır ki, tarixdən dərs çıxara biləsən".
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!