Ölkə 22:01 19.08.2013

Keçmiş prokurora ağır itki üz verdi

Mirələkbər Seyidovun qızı İstanbul kilinikalarının birində dünyasını dəyişib

Moderator.az-a daxil olan məlumata görə Binəqədi rayonun keçmiş prokuroru Mirələkbər Seyidova ağır itki üz verib. Belə ki, keçmiş prokurorun gənc yaşlarında olan qızı Türkiyənin İstanbul şəhərindəki klinikaların birində cərrahi əməliyyat zamanı vəfat edib. 

Sayt mərhumun hansı xəstəlikdən dünyasını dəyişdiyini dəqiqləşdirə bilməyib. 

Allah rəhmət eləsin.

Qaynar.info