İdman 20:12 18.11.2013

Keçmiş sevgilisi tanınmış məşqçini biabır etdi

Futbol üzrə İngiltərə yığmasının sabiq baş məşqçisi Sven-Qoran Erikssonun keçmiş həyat yoldaşı Nansi Dell Olio qalmaqallı açıqlamalar verib.

Axşam.az xəbər verir ki, o, Erikssonun seks həyatından danışıb: "İKEA-nın təlimat kitabçası məni Sven-Qorandan daha çox təmin edə bilərdi. Onu iki dəfə başqası ilə yaxaladım. Bir dəfə İngiltərənin oyunundan əvvəl tanımadığım bir qadınla birlikdə idi. Daha sonra teleaparıcı Ulrika Consonla sevişərkən tutdum. Məncə, o, Maykl Duqlas kimi seks terapiyası almalıdır."

Qeyd edək ki, vəkil və yazıçı olan Dell Olio isveçli Sven-Qoran Erikssonla 9 il birlikdə olub. Cütlük 2007-ci ildə ayrılıb.

Qaynar.info