Foto 12:21 24.12.2017

"Kəklikotu" kino-komediyasının qala gecəsi olub (FOTOLAR/VİDEO)

Dekabrın 22-si Bakıda yerləşən "Elektra Hall"da "Cinemazadeh" studiyasının istehsalı olan "Kəklikotu" kino-komediyasının qala gecəsi keçirilib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov kimi 20-dən çox tanınmış aktyor, müğənni və rejissor çəkilib.

Filmin süjetinə görə, meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satır. Sonradan məlum olur ki, kisədəki kəklikotu deyil, qurudulmuş marixuana olub. Əsl macəra da, elə bu məqamdan başlayır.

Filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissorları Cəfər AxundzadəVüqar İslamzadə, ssenari müəllifləri Vüqar HüseynovTalıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynalov, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüserləri Tural ƏsədovXətai Əlidir.

Ekran əsərinə 22 dekabr tarixindən etibarən "CinemaPlus" kinoteatr şəbəkələrində baxmaq olar.