Türk komediya filmlərinin əfsanəsi Kemal Sunalın həyat yoldaşı Gül Sunal 65 yaşında səhnəyə çıxır.

"Qaynarinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, qızı Ezonun doğum günündə səhnə aldıqdan sonra komediya festivalları proqramına dəvət alıb.

Gül Sunal şou-proqramda xatirələrini, Kemal Sunalla yaşadığı anlarını izləyicilərlə bölüşəcəyini bildirib. Jurnalistin Kemal Sunal həyatta olsaydı, sizin səhnəyə çıxmağınıza necə reaksiya verərdi sualına o, belə cavab verib:

"Əminəm ki, gülərdi. Hətta çox xoşuna gələrdi. Danışmaq qədər gözəl şey yoxdur. Mən susum deyə, Kemal mənə pul verərdi. Bunu da proqramda danışacağam. O pulu heç vaxt ala bilmədim. 10 dəqiqə danışmamağım üçün mənə böyük miqdarda pul təklif edirdi. Artıq həyatda yoxdu və indi istədiyim qədər danışa bilirəm. O, susmağım üçün pul verirdi, indi isə danışmağım üçün pul alıram".
 



Qaynarinfo.Az