Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Nazim Məmmədov fövqəladə hallar nazirinə müavin təyin edilib.

Modern.az xəbər verir ki, bu təyinatdan sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinlərinin sayı 8 nəfərə çatıb.

Bununla da K.Heydərov nazirlər arasında ən çox müavini olan məmura çevrildi.

Fövqəladə hallar nazirinin müavinləri bunlardır:

Birinci müavin - general-leytenant Rəfael Mirzəyev (2006-cı ildən) ;

Müavinlər:

- tibb xidməti general-leytenantı Faiq Tağızadə (3 may 2006-cı ildən);
- general-leytenant Etibar Mirəzyev (avqust 2006-cı ildən);
- general-leytenant Ragim Lətifov (avqust 2006-cı ildən);
- Orucəli Hacıyev (avqust 2006-cı ildən);
- general-mayor Teymur Mehdiyev (5 may 2014-cü ildən);
- Tapdıq Əmiraslanov (5 may 2014-cü ildən).
- general-leytenat Nazim Məmmədov (7 iyul 2018-ci ildən).