Ölkə 17:47 11.01.2014

Kəmaləddin Heydərov Röya üçün mahnı bəstələyir

Azərbaycanın fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərov Xalq artisləri Flora Kərimova, Ağadadaş Ağayev və populyar müğənni Röya üçün mahnı bəstələyəcək

Bunu AzVision.az-a açıqlamasında nəğməkar-şair Baba Vəziroğlu bildirib.

B.Vəziroğlu həmçinin Kəmallədin Heydərovla yeni layihələr üzərinə işlədiklərini deyib: “Hazırda Kamal müəllimlə Flora Kərimova, Ağadadaş Ağayev və Röya üçün yeni mahnılar üzərində işləyirik. Hələlik, mahnılar üzərində iş gedir. Əsas odur ki, Kamal müəllimlə yaradıcılıq fəaliyyətimiz davam edir”.

Ötən gün 60 illik yubileyini qeyd edən B.Vəziroğlunun sözlərinə görə, doğum günündə K.Heydərovun zəng edərək onu təbrik edib.

“Təmtəraqdan uzaq adamam, elə o biri adi ad günlərimi necə qeyd etmişdim, bunu da elə qeyd etdim. Yanımda dostlar, qohumlar var idi. Nə hədiyyələrin verilməsinə baxmamışam. Aləm qarışıb bir-birinə, bilmirəm kim nə gətirib. Amam əsas odur ki, gəliblər. Kamal müəllimlə yaxşı münasibətlərimiz var. Kamal müəllim mənim kimi çox təmtəraq sevən adam deyil. Məclislərə getməyi, məclis düzəltməyi xoşlayan insan deyil. Sadəcə olaraq, dünən zəng edib, təbrik etməyi mənə böyük sevinc verdi. Məclisimiz şeir məclisi idi, ancaq ailə üzvləri, bacı, qardaşlar iştirak etmişdi, tanınmışlardan heç kim dəvət olunmamışdı. Deyim ki, mən çox tanınmışlarla dostluq etmirəm, amma Mübariz Tağıyevlə dost olmuşam, sonradan bilmişəm ki, bu çox tanınmış insandır. Mən ancaq onunla dostluq edirəm. Hərdən televizorda görürəm ki,oxuyur”-deyə B.Vəziroğlu ad günü təəssüratlarını bölüşüb.

Qaynar.info