İdman 22:34 18.11.2018

"Kəpəz" 12:2 hesablı qələbə qazandı

I divizionda yaranmış fasilədən yararlanmağa çalışan "Kəpəz” yoxlama oyunu keçirib.
 
Qaynarinfo xəbər verir ki, "sarı-göylər”in rəqibi Region Liqasında Gəncəni təmsil edən "Qoşqar” komandası olub. 

Matç Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilib. Oyun ərzində hər iki komandanın məşqçilər korpusu heyətdəki bütün futbolçuları sınaqdan keçirib. 

Hesaba gəlincə, Gəncə derbisi "Kəpəz”in böyükhesablı qələbəsi ilə nəticələnib - 12:2.
 
Tərəflər arasında sentyabr ayında da yoldaşlıq görüşü keçirilmişdi və həmin oyunda I divizion təmsilçisi 4:1 hesabı ilə qalib gəlmişdi.