İdman 15:15 26.01.2018

“Kəpəz” yeni transferlərini açıqladı

"Kəpəz” daha iki yeni transferini rəsmən açıqlayıb.

Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi braziliyalı yarımmüdafiəçilər Dario FrederikoDieqo Souza ilə müqavilə bağlayıb.

Dario cari mövsümün sonunadək "Kəpəz”in formasını geyinəcək. Souza isə qarşıdakı bir il müddətində komandanın şərəfini qoruyacaq.
 
Qeyd edək ki, Dario Frederiko əvvəlki iki mövsümdə "Kəpəz”in heyətində çıxış edib.