Maqazin 19:17 14.10.2019

Kərim ağladı: “Atam məni öldürmək istədi, dəlixanada yatdım, intihara cəhd etdim” (VİDEO)

Müğənni Kərim Abbasov "Tolik ilə səmimi” "Youtube” layihhəsinin qonağı olub. 

Qaynarinfo xəbər verir ki, ifaçı  keçmiş həyat yoldaşı Təranə Səmədovadan danışıb. 

O, bildirib ki, Təranəyə görə atası və qardaşı ifaçını öldürmək istəyib: "İndiyə kimi qazandıqlarımı Təranə yox elədi. Elçin Əlibəyli ilə birləşib, məni biabır etdi. İkisinə də heç vaxt halallıq verməyəcəyəm. Ona görə Azərbaycandan qaçdım, İstanbulda yaşadım. Təranənin timsah göz yaşlarına insanlar inandı.  Təranəni bağışlaya bilmirəm. Onun ucbatından qardaşımla  atam məni öldürmək istəyiblər. Onları qınamıram. Çünki çox pis vəziyyətdə idilər. 12 il bundan öncə Təranənin ağzından çıxan bir sözə görə hörmətli bir kişi və bir qardaş utandığından evdən çölə çıxa bilmirdi.

Pilləkəndə evimə qalxanda eşitdim ki, qardaşımla atam üz-üzə oturub mənim ölümümün planını cızır. Bunu mən öz qulaqlarımla eşitmişdim. Elə bir vəziyyətdə idim ki, öz canıma qəsd etmək istəyirdim. Dərman içdim, intihara cəhd etdi. Səidə Sultan məni evdən çıxardıb, qusdurdu ki, dərmanları dala qaytarım. Səidə məni həyata qaytardı”.

Qeyd edək ki, Təranə Səmədova ilə Kərim Abbasov 2 il ailəli olub.