Texnologiya 20:00 21.01.2018

Kəşfləri ölümlərinə səbəb olan 5 ixtiraçı (FOTOLAR)

Bu insanlar yaşasaydılar ixtiraları ilə həyatımızda yer tutacaqdı, amma öz kəşfləri həyatları bahasına başa gəlib. Çünki onlar özlərini elmə həsr etmiş insanlardır.

Bu gün həyatımızda istifadə etdiyimiz hər şey elə də asanlıqla icad edilməyib. Hətta bir çox kəşflər ixtiraçıların həyatına son qoyub.

Kəşfləri ölümlərinə səbəb olan 5 ixtiraçını və onların kəşfini təqdim edirik:

1. Tomas Andrevs



Əksəriyyətimiz onu tanıyırıq. "Əsla batmaz” deyilən "Titanik” gəmisini hazırlayan inşaat mühəndisi olub. Məlum olduğu kimi hazırladığı gəmi onun həyatına son qoyub. Çünki batmaz dediyi Titanik batdı.

2. Valerian Abakovski



Təyyarə mühərriki və pərvanəsi ilə işləyən sürətli qatar hazırladı. Adını isə "Aerowagon” qoydu. Sınaq  üçün Moskvadan Tula şəhəri istiqamətində yola düşdü. 21 nəfər idilər və Tulaya çatdıqları üçün çox sevinmişdilər. Lakin geri qayıdan zaman düşünmədikləri bir nəticə ilə qarşılaşdılar. Yüksək sürətlə yoluna davam edən qatar nəzarətdən çıxaraq qəza edir və 6 nəfər dünyasını dəyişir. Onlardan biri də Abakovski olur. Həm kəşf, həm də ixtiraçı yer üzündən eyni anda silinir.

3. Mari Kuri



Kuri kimya sahəsində fəaliyyət göstərirdi. Polonium və radium elementlərini kəşf edib. Lakin kəşf müddətində yavaş-yavaş zəhərləndiyini hiss etməyib və beləcə kəşfinə imza atdığı elementlər onun həyatının sonlanmasına səbəb olub.

4. Uilyam Bullok



Bullock çarxlı mətbəə aparatı ixtira edib. Əslində təhlükəli icad deyildi, amma ixtiraçı öz əsəbinə qurban olub.

Aparatı "Philadelphia Public Ledger” qəzetinə satır. Nə olursa, aparatın quraşdırılması zamanı olur. Belə ki, dişliyə oturmayan kəmər Bulloku həddindən çox əsəbləşdirir və kəməri təpikləməyə başlayır. Bu şəkildə kəmərin yerinə oturacağını zənn edir, amma dişli çarx onun ayağına ilişir. Çox keçmədən ixtiraçının ayağı qanqrena olur. Ayağının kəsilməsi üçün əməliyyata girən Bullock masada can verir.

5. Frans Reyxelt



Reyxelt dərzi idi və uzun müddət idi ki, paraşütü icad etməyə çalışırdı. Hətta bu marağından dolayı onu "Uçan dərzi” olaraq tanıyırdılar.

Nəhayət, paraşüt tikməyi bacardı, üstəlik sınaqdan uğurla keçəcəyinə əmin idi. Belə ki, sınağını Eyfel qülləsindən tullanaraq test etməyi seçdi. Bu uçuş isə onu sonsuz hüzura qovuşdurdu. (a24.az)