İdman 11:40 29.07.2018

"Keşlə"də ara qarışdı: Axundov Malıyevin adamını göndərdi

"Keşlə” haqda dünən Fanat.Az-ın yaydığı informasiyadan sonra Bakı klubunda ara qarışıb.

Müşahidə Şurasının sədri Zaur Axundov tapşırıqla əvəzedici komandaya götürülən futbolçulardan birini göndərib. Bu, ampluada yarımmüdafiəçi olan 1994-cü il doğumlu Elnur Ağayevdi.

Axundov vəziyyətdən çıxmaq üçün Rəmiş Malıyevin adamını "vurub”. Bir müddət öncə səlahiyyətlərinə məhdudiyyət qoyulan baş direktorun qohumu yola salınıb. Əvəzedici komandaya yerləşdirilərək adına əməkhaqqı yazılan digər 2 nəfərin aqibətinin necə olacağını isə zaman göstərəcək.

Qeyd edək ki, fanat.Az-a kluba yaxın mənbədən verilən məlumatda Müşahidə Şurasının sədri Zaur Axundov tanışlarının xahişi ilə Bakı təmsilçisinə futbolçu götürdüyü bildirilirdi.

Məlumata görə, əvəzedici komandasında tapşırıqla başını girləyən 3 oyunçu var. Onlardan hər birinə əməkhaqqı yazılıb. Oyunçuların adlarını açıqlamaq istəməyən mənbə onların toxunulmazlığının məhz Axundov tərəfindən təmin edildiyini vurğulayıb.

Əməkhaqqılara gəlincə, sədr sözünü yerə sala bilmədiyi yaxınlarının adamlarına 500-600 manat maaş yazdırıb.