Video 19:05 18.04.2018

Azərbaycan Kubokunda dava: Baş məşqçi futbolçunu vurdu (VİDEO)

"Sumqayıt" - "Keşlə" matçında qalmaqal olub.

Qaynarinfo xəbər verir ki, matçın 71-ci dəqiqəsinlə meydan sahiblərindən Bəxtiyar Həsənalızadə rəqib futbolçu Sezar Meza Kolliyə qarşı sürüşmə fəndi edib.

Hadisə "Keşlə"nin baş məşqçisi Yuri Maksimovun önündə baş verib. Ukraynalı mütəxəssis buna sərt reaksiya verərək onu vurub. Bu isə "Sumqayıt" tərəfinin narazılığına səbəb olub. Tezliklə münaqişə böyüyüb və digər futbolçular da olaya müdaxilə edib.

Ara sakitləşəndən sonra Əliyar Ağayev Yuri Maksimovu meydandan qovub. Ukraynalı mütəxəssis meydana tərk edərkən tribunadan ona su qabı atılıb.