Ekonomiks 21:26 28.01.2018

Keti Perrinin kriptodırnaqları (FOTO)

Tanınmış müğənni Keti Perri "Instagram”da dırnaqlarına kriptovalyutalar həkk olunmuş fotosunu paylaşıb.

Qaynarinfo kripto.az-a istinafən xəbər verir ki, Keti Perrinin dırnaqları ABŞ dolları fonunda hazırlanmış beş müxtəlif kriptovalyuta vahidinin 3D görünüşü ilə bəzədilib: Bitcoin, Ethereum, Litecoin, Stellar və Monero. Müğənni bu seçimi ilə bağlı açıqlama verməyib.



"$—CrYpTo ClAwS—$” yazdığı paylaşım 150 mindən çox bəyənmə qazanıb.

Dünya ulduzu həmçinin sözügedən 5 kriptovalyuta vahidinin hesablarını da qeyd edib – "ethereum_updates”, litecoinofficial”, "bit”, "stellarlumens” və "moneroofficial”.

Həftənin əvvəlində məşhur reper "50 Cent”-in 2014-cü ildə buraxılan albomu üçün Bitcoin-lə ödənişləri qəbul etməyə başladıqdan sonra 700 Bitcoin qazandığı haqda məlumat yayılmışdı. "50 Cent” unutduğu bu hadisə sayəsində 7 milyon dollar qazandığını bildirib.