Video 16:39 25.10.2018

Köhnə qiymətinə yeni binadan təmirli mənzil - Kampaniya 31 oktyabrda bitir

Sumqayıtda köhnə binadakı mənzil qiymətinə yeni binadan mənzil almaq artıq mümkündür. Bu kampaniyanı Kristal Abşeron şirkəti həyata keçirir. Belə ki, 31 oktyabr tarixinə qədər şirkət Sumqayıtdakı yeni layihələr üzrə mənzilləri əmlak bazarına çıxarılan köhnə mənzillərlə eyni qiymətə satılır. Kampaniya haqqında daha ətraflı məlumat əldə etmək üçün Sumqayıt şəhərində 5 möhtəşəm layihəyə imza atmış Kristal Abşeron şirkətinə baş çəkdik. Şirkətdən bildirildi ki, kampaniya müddətində yaşayışa hazır tam təmirli 1 otaqlı mənzil 29500 AZN-ə, 2 otaqlı studio mənzil isə 38500 AZN (yaşayışa tam hazır binada) təklif edilir. Bu isə mənzil almaq istəyən vətəndaşlar üçün əla fürsətdir. 
 
Mənzil almaq istəyənlər üçün ən vacib addım
 
Mənzil alarkən ən önəmli addımlardan biri təkliflər arasında müqayisə aparıb ən uyğun və sərfəli olanı seçməkdir. Amma bəzən vətəndaşlar düzgün təhlil apara bilmirlər. Nəticədə isə istədikləri mənzilə sahib ola bilmirlər. Bunu nəzərə alaraq mənzil almaq istəyən vətəndaşlara düzgün analiz aparmaq üçün yardım etməyə çalışacağıq. Sumqayıtda 5 möhtəşəm layihəyə imza atmış Kristal Abşeron şirkətinə baş çəkdik. 
 
Yeni mənzillərin qiyməti daha sərfəlidir

Daşınmaz əmlakla bağlı təbii ki, ən vacib elementlərdən biri onun qiymətidir. Araşdırma nəticələrini sizə təqdim edirik.


  
Uzun illər istismar edilən köhnə Xruşovka, yoxsa yeni bina?!
 
Mənzil almaq istəyən vətəndaş digər tərəfdən yaşayacağı binanın istismar vəziyyətinə də diqqət yetirməlidir. Təbii ki, 50 ilə yaxın istismar edilən köhnə Xruşovka və Leninqrad tipli bina ilə yeni və müasir üslubda, beynəlxalq tikinti standartlarına uyğun tikilən bina müqayisə edilə bilməz. Digər tərəfdən nəzərə almalıyıq ki, bu binaların əksəriyyəti panel evlərdir. "Kristal Abşeron”un isə təqdim etdiyi bütün layihələrdə binalar xüsusi daş yun ilə izolyasiya edilib. 
      
Binalarda nəmişlik problemi 

Köhnə binalarla bağlı əsas narahatedici məqamlardan biri də adətən bu binaların zirzəmilərinə qrunt sularının toplanması və mənzillərdə nəmişlik yaratmasıdır. Bu eyni zamanda antisanitariya və müxtəlif xəstəliklərə yol açır. Yeni binalarda isə bu problemin həlli əvvəlcədən düşünülür. Belə ki, yeni binanın təməli qazılanda qrunt sularının yığılmaması üçün xüsusi tədbir görülür və izolyasiya edilir. Ona görə də hər hansı bir nəmişlikdən söhbət belə gedə bilməz.   
 
Yeni mənzillər daha hündürdür

Digər bir məsələ isə mənzillərin hündürlüyü ilə bağlıdır.Təbii ki, hündür mənzil daha həcmli, işıqlı və rahat aura yaradır. Bu baxımdan da köhnə Xruşovka və Leninqrad tipli binalar yeni binalara uduzur. Belə ki, köhnə mənzillərin hündürlüyü adətən 2.60-2.70 metr olduğu halda  yeni binalarda mərtəbə hündürlüyü 3 metrdir. 
 
Köhnə və təhlükəli lift probleminə son
 
Müqayisə edilməsi vacib məqamlardan biri də binaların lift problemidir. Xruşovka və Leninqrad tipli binalarda əsas problemlərdən biri liftdir. Bu binalardan uzun illər istismar edilən liftlər əksər hallarda işləmir, işləsə də çox köhnə və təhlükəlidir. "Kristal Abşeron”un təqdim etdiyi binalarda isə sakinlərin rahatlığını təmin edən Türkiyə istehsalı olan İtaliya mühərrikli liftlər istifadəyə verilib.  
 
Mənzilinizin sənəd problemi olmayacaq 
 
Sadalanan üstünlükləri nəzərə alan vətəndaş yeni tikilən binalardan mənzil almağa üstünlük verir. Amma məsələ burasındadır ki, bəzi hallarda vətəndaşlar ev alarkən sənəd problemi ilə üzləşirlər. Bəs yeni binadan ev alarkən necə etibar etmək olar? Qeyd edək ki, "Kristal Abşeron” şirkətini digər şirkətlərdən fərqləndirən əsas cəhətlərdən biri mənzillərin sənədləmə prosesinə xüsusi diqqət yetirməsidir. Belə ki, mənzillər müştəriyə təhvil təslim aktı ilə təqdim edilir və ev sahibi dərhal "kupça”nı (çıxarış) əldə edə bilir. 
 
Daha ətraflı məlumat əldə etmək üçün www.kristalabsheron.az səhifəsinə  və *1544 / 0504840008 / (018) 6420200 əlaqə nömrələrinə müraciət edə bilərsiniz.