Kiçik və orta bizneslər üçün 5 tətbiqetmə və sayt

Kiçik və orta bizneslər üçün 5 tətbiqetmə və sayt

Hal hazırda Azərbaycanda kiçik və orta bizneslərin inkişafını görürəm və buna görə də hansı tətbiqetmələrin və saytların kiçik bizneslərə faydası olduğu mövzusuna toxunmaq istədim. Günümüzdə rəqəmsal sektorun çox sürətli inkişafı tətbiqetmə və sayt sektorunun yaranmasını, bu isə özlüyündə kiçik və orta bizneslərin rahatlıqla inkişafını ortaya qoymaqdadır. Əslində əvvəllər çox çətinliklə və bir neçə işçinin əməyi sayəsində olan işləri indi tətbiqetmələr çox güclü proqramlaşdırılmış sistemləri sayəsində daha rahatlıqla edə bilir və bu məsələdə şirkətlərin işlərini asanlaşdırırlar.

Aşağıda sizin ilə çox faydalı və şirkətlərin produktivliyini artıracaq bəzi tətbiqetmələr və ya saytlar ilə bağlı məlumatlarə paylaşacağam.

Trello



Tapşırıqların qeyd olunmasını, izlənilməsi və qoyulan müddətlərin keçməməsini təmin etmək üçün qurulan tətbiqetmədir. Ən güclü tərəfi vizuallığıdır ki, bu tətbiqetmə ilə çalışmaq göz rahatlığı verir. Eyni zamanda digər Taskmanager platformalarına baxanda işləmə mexanizmi daha asandır. Trello-nun fərdi və kiçik qruplar üçün istifadəsi pulsuzdur, lakin böyük layihə və müəssisələr üçün ayda bir komanda üzvünə 12.50 USD-dən başlayır. Trello-nu əvəz edəcək tətbiqetmələr isə Producteev və Asana-dır.

Bump



Dünyada artıq vizitkartlardan istifadə azalmaqda və çap məhsullarından rəqəmsal məhsullara keçdikcə bütün xırda detallarda özlüyündə dəyişməkdədir.  Bump, görüşlər zamanı iki tərəfin də öz telefonlarını bir birlərinə yaxınlaşdıraraq öz məlumatlarını bir birinə ötürmələrini təmin etməkdir.

Indinero.com



2010-cu ildə hazırlanan bu tətbiqetmə maliyyə axışını izləyə bilmək və günlük bütün maliyyə işlərini görmək üçün nəzərdə tutulmuşdur. Bank hesablarını, kredit kartlarını senxronizasiya edə bilən bu tətbiqetmə keçmiş pul axınlarına və maliyyə qazanc və xərclərinə baxaraq gələcəyi təxmin edə bilir. Bu tətbiqetmənin alternativi olaraq Wave və yaxud Freshbook-dan istifadə edə bilərsiniz.

MailChimp



MailChimp, elektron mail vasitəsi ilə öz müştərilərinizə xüsusi dizayn olunmuş maillər göndərməyinizi təmin edən proqramdır.  Xüsusi dizaynlar hazırlaya bilər, onu özünkiləşdirə bilər və eyni zamanda bütün müştəri mail bazanıza göndərdiyiniz maillərin analizini apara bilərsiniz. Əgər sizin 1000-dən çox və əsasəndə 10.000-lərlə müştəriniz varsa və sizdə onların elektron mailləri varsa, bu proqram sizin işinizə çox yarayacaqdır.

Udemy.com



Fərdi şəxslər qədər kiçik şirkətlər üçün də çox vacib olan bu sayt vasitəsi ilə şirkət çalışanlarının performansını, biliklərini artırmaq üçün istənilən mövzuda onlayn kurslara yazılmaq və bunu çox kiçik büdcə ilə etmək mümündür. Əgər şirktə rəhbəri öz işçilərinin davamlı olaraq inkişafını istəyirsə mütləq işçilər üçün inkişaf planı hazırlamalı və işçilərin Udemy.də dərslər götürməsini təmin etməlidir.

Mənbə: bizplus.az
XƏBƏRLƏR
BLOGLAR