İdman 22:18 01.11.2017

Kikboksçularımız dünya çempionatında 4 qızıl medal qazanıb (FOTOLAR)

Kikboksinq üzrə yığma komandamız 23-24 oktyabr tarixlərində İtaliyanın Karrara şəhərində keçirilən Dünya Çempionatında iştirak ediblər.

AzVision.az xəbər verir ki, komanda üzvlərindən sanda idman növü üzrə Fuad Qasımov 91+1 kq çəki dərəcəsində, Yuri Kim 84 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Rüstəm Həsənov isə 84 kq çəki dərəcəsində kikboksinq idman növünün light contact ve kick-light versiyasi üzrə bir qızıl, bir gümüş medal qazanıb. Veteranlar arasında isə Zaud Məmmədov da qızıl medala sahib olub.
 




Qaynarinfo.Az