Dünya 10:08 17.07.2018

Kilauea yanardağı püskürdü: 13 turist yaralandı

ABŞ-ın Havay ştatında Kilauea yanardağı 13 nəfərin yaralanmasına səbəb olub.

Qaynarinfo xəbər verir ki, son aylarda aktiv olan yanardağ qəflətən püskürüb və turist qayığında olan 13 nəfərin üzərinə sıçrayıb. Hadisə qayıq yanardağın yaxınlığından keçərkən baş verib. Yaralılardan 20 yaşlı qadının ayağında ciddi yara izinin yarandığı bildirilir. 

Gülşən