Dünya 13:49 21.11.2017

Diktator əylənməyi qadağan etdi

Şimali Koreya lideri Kim Çen İn yeni qərar qəbul edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ölkəyə tətbiq edilən iqtisadi sanksiyaların təsirini azaltmaq məqsədilə içki, mahnı oxumaq kimi əyləncələr qadağan edilib. 5 ay əvvəl isə quraqlıq səbəbilə "Pivə Festivalı" ləğv edilmişdi. Məlumatlar Cənubi Koreya kəşfiyyat xidməti tərəfindən əldə edilib. Əldə edilən son informasiyada bildirilir ki, ordunun 2 vəzifəli üzvü, Hvanq Pyonq So və Kin Von Honq cəzalandırılıb.

Qeyd edək ki, Şimali Koreyanın son aylarda həyata keçirdiyi nüvə və ballistik raket sınaqları bu ölkəyə qarşı sanksiyaların qəbuluna səbəb olub, lakin Kim Çen İn hərbi sahədə planlarından imtina etmək niyyətində deyil.

Gülşən
Qaynarinfo.Az