Dünya 21:55 10.09.2017

Kim Çen İn nüvə sınağını bayram etdi

Şimali Koreya lideri Kim Çen İn ötən həftə sınaqdan keçirilən hidrogen bombası ilə əlaqədar bayram tədbiri təşkil edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, sınağın keçirilməsində əməyi olan alimlər və yüksək rütbəli şəxslərin iştirak etdiyi tədbirdə mədəni proqramlar nümayiş etdirilib. 

Həyat yoldaşı ilə birlikdə tədbirdə iştirak edən Kim Çen İn son sınağın Koreya xalqının böyük zəfəri olduğunu deyib. 

Qeyd edək ki, ötən həftə keçirilən hidrogen bombası sınağı 6,3 bal gücündə zəlzələyə səbəb olmuş, dünya ölkələri tərəfindən narazılıqla və narahatlıqla qarşılanmışdı. 

Gülşən

Qaynarinfo.Az