Dünya 10:05 11.06.2018

Kim Trampı Pxenyana dəvət etdi: Sabah böyük görüş olacaq

Şimali Koreya rəhbəri Kim Çen In ABŞ prezidenti Donald Trampı Pxenyana dəvət edib.

Qaynarinfo xəbər verir ki, iki ölkə rəhbəri sabah Sinqapurda bir araya gələcək. Kim və Tramp dünən bu ölkəyə eniş ediblər.

Şimali Koreya mediası iki ölkə arasında yeni münasibətlərin yarana biləcəyini vurğulayıb. Tramp isə "Twitter" hesabından "Sinqapurda olmaq möhtəşəmdir, havada həyəcan qoxusu var" yazıb. 

Gülşən