Dünya 13:28 19.03.2018

Kiprdə Novruz gərginliyi: saxlanılanlar var

Şimali Kipr Türk Respublikasında keçirilən Novruz şənliyində gərgin anlar yaşanıb.

Qaynarinfo haber7-yə istinadən xəbər verir ki, tədbir zamanı bir qrup şəxs PKK lehinə şüarlar səsləndirdiyi, mahnı oxuduğu və plakatlar açdığına görə polis məsələyə müdaxilə edib. 2-si qadın olmaqla 6 nəfər şəxs saxlanılaraq polis bölməsinə aparılıb.

Hadisədən sonra şənlik öz axarı ilə davam edib.