Tanınmış türkiyəli bəstəkar və müğənni Kıraç sosial media vasitəsilə məşhurlaşan azərbaycanlı ifaçı Nigar Muharremi məhkəməyə verib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, buna səbəb Nigar Muharremin ifa etdiyi "Omuzumda ağlayan bir sen” adlı mahnının "cover” versiyasıdır. Belə ki, mahnının orijinal versiyası Kıraçın "Dağların kadını” adlı bəstəsidir.



Nigarın ifasının 23 milyon izlənildiyini görən Kıraçın əməkdaşlıq etdiyi "TMC Müzik” şirkəti müəllif hüququ səbəbilə mahnının "Youtube” yayımını dayandırıb və müğənnini məhkəməyə verib. Onlar ifaçıdan mahnı vasitəsilə qazandığı pullara görə təzminat tələb edir.



Qeyd edək ki, mahnı artıq 2 ildir "Youtube” video-hostinqindədir. Kıraçın Nigardan istədiyi təzminatın məbləği isə 6 min dollar, təxminən 10 min 140 AZN-dir.