Dünya 13:33 17.09.2013

Kişi uşaq doğdu - ŞOK

Həyat tərzi  İsraildə analoqu olmayan hadisə baş verib. 

Ans Press-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, birlikdə yaşayan iki kişinin övladı dünyaya gəlib. Proses formal olaraq qadınların iştirakı olmadan baş varib. Körpəni atalarından biri, cinsini dəyişərək qadın olan transgenderdir. 

Yuval Tofer-Erez cinsini dəyişdirmək üçün əməliyyat keçirib. Əməliyyat zamanı ona uşaqlıq və yumurtalıq köçürülüb. Bu da transgenderə uşaq dünyaya gətirməyə imkan verib. Nəticədə Tofer ölkədə uşaq gətirən ilk transgender olub. 

Toferin sevgilisi Matan uşağın atası olmaq üçün müraciət etsə də, İsrailin Daxili İşlər Nazirliyi bundan imtina edib. Bir müddət sonra isə DİN görünməmiş qərar qəbul edib: hər iki kişiyə uşağın atası statusu verilib.

Xatırladaq ki, artıq cinsiyyətini dəyişmiş şəxsin dünyaya uşaq gətirməsi dünyada birinci hadisə deyil. Bir qədər öncə Berlində yaşayan gənc cinsini dəyişərək uşaq dünyaya gətirmişdi. Bu, Avropada ilk belə hadisə idi.

Qaynar.info