Kitab oğurlayan səfir geri çağırıldı

Kitab oğurlayan səfir geri çağırıldı

Meksikanın kitab oğurluğunda ittiham olunan Buenos Ayresdəki səfiri Oskar Rikardo Valero Resio vəzifəsindən geri çağırılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Marselo Ebrard açıqlama verib. O, Etika Komitəsindən məşhur kitab mağazasından kitab oğurlamaqda günahlandırılan səfirin vəziyyətinin araşdırılmasını xahiş etdiyini bildirib. Görüntülərin həqiqiliyi sübuta yetirilsə, vəzifəsindən azad ediləcək.

Qeyd edək ki, Argentina mətbuatında yayımlanan videoda 76 yaşlı səfirin oktyabrın 26-da Buenos Ayresin məşhur kitab mağazalarından birində rəfdən kitab oğurlayıb, qəzetin arasına qoyduğu və qapıdan çıxarkən təhlükəsizlik siqnalının işə düşməsindən sonra mühafizəçilər tərəfindən saxlanıldığı görülür. Hadisənin ardından səfir barəsində polisə şikayət edilib. Lakin diplomatik toxunulmazlıq səbəbindən səfir haqda cinayət işi açılmayıb. Onun fransız tarixçi Qey Çaussinand-Noqaretin yazdığı 10 dollar qiyməri olan Qikomo Kasanovanın bioqrafiyası kitabını oğurlamaq istədiyi qeyd olunub.
 
Camal
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR