İdman 18:01 11.02.2019

Türkiyə millisinin baş məşqçisi istefaya göndərildi (YENİLƏNİB)

Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Mirça Luseçkunu istefaya göndərib.

Qaynarinfo xəbər verir ki, bu barədə TFF rəsmi açıqlama yayıb. Bildirilib ki, federasiyanın İdarə Heyəti Luçesku ilə müqavilənin qarşılıqlı razılıq əsasında pozulması ilə bağlı anlaşma əldə edib. TFF Luçeskuya təşəkkür edib. 

İclasdan sonra açıqlama verən rumın mütəxəssis "Türkiyə millisinin heyətini yeniləmək və gəncləşdirmək məqsədi ilə çıxdığımız yolda fəaliyyətimizi tamamladığımıza inanıram. Yaxınlaşmaqda olduğumuz "AVRO-2020"nin seçmə mərhələsi öncəsi TFF rəhbərliyinin və yeni baş məşqçinin önünü açmaq üçün qarşılıqlı anlaşaraq bu qərarı verdik" deyib.

***16.30

Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku istefaya göndərilir.

Qaynarinfo xəbər veprir ki, "NTV Spor" məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyə Futbol Federasiyası rumın mütəxəssisin müqaviləsinə bu gün xitam veriləcək. Onun yerinə "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin təyin olunacağı deyilir. Artıq tərəflərin razılığa gəldiyi bildirilir.

Qeyd edək ki, Luçesku 2017-ci ildən Türkiyə millisinə başçılıq edir. Komanda onun rəhbərliyi altında keçirdiyi 17 oyunda 4 qələbə qazanıb, 7 heç-heçə edib və 7 dəfə məğlub olub.