Xəbər lenti

Kliçkoya ayaqqabı atıldı – VİDEO
İdman 14:12 21.03.2014

Kliçkoya ayaqqabı atıldı – VİDEO

Ukaraynanın UDAR Partiyasının lideri Vitali Kliçkonun qardaşı, peşəkar boks üzrə titullu idmançı Vladimir Kliçkoya idman ayaqqabısı atılıb.

“Axar.az”ın rus mediasına istinadən məlumatına görə, insident kiçik Kliçko idman zalında məşq edərkən baş verib. Zala daxil olan boks üzrə keçmiş çempion Şennon Briqqs əvvəlcə özünü sakit tərzdə aparsa da, sonra əynindəki köynəyini çıxararaq, Kliçkonu davaya çağırıb. Kliçko isə həmkarının aqressiv hərəkətlərinə arqumentli ifadələrə cavab verib. Bunu görən Briqqs ayaqqabısını Vladimirə doğru atıb. Məsələnin ciddiliyini görən mühafizəçilər Briqqsi bayıra çıxarmaq məcburiyyətində qalıblar.

Xatırladaq ki, hələ 2010-cu ildə Briqqs Vladimirin böyük qardaşı, Maydan hadisələrinin öndə gedən siması Vitali Kliçko ilə boks meydanında görüşmüş və ona məğlub olmuşdu.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->