Dünya 21:23 24.05.2013

Klintonların həyatı filmləşdirilir

Bu yaxınlarda Hillari Klintonun həyatından bəhs edəcək filmin çəkilişlərinə start veriləcəyi açıqlanıb

Filmin ssenari müəllifi Cənubi Koreya əslli amerikalı ssenarist Younq Kimdir. Filmdə Klinton cütlüyünü kimlərin canlandıracağına hələlik qərar verilməyib. Yerli mətbuat Bill Klinton obrazının Leonardo Di Kaprioya, Hillari Klinton obrazının isə Cenifer Lavrence və ya Emma Stouna həvalə edilə biləcəyini yazıb.

Qaynar.info