İdman 22:13 03.06.2018

Kloppdan qeyri-adi transfer görüşü: futbolçunun anasını çağırıb...

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Barselona"lı Osman Dembeleni komandasında görmək istəyir.

Qaynarinfo xəbər verir ki, alman mütəxəssis transferin baş tutması üçün artıq konkret addımlar atmağa başlayıb. Məlumata görə, Klopp bu günlərdə Osmanın anası ilə görüşüb. Baş məşqçi futbolçunun anası ilə razılığa gələrək transferin baş tutmasına çalışır.

Qeyd edək ki, "Barselona" Dembeleni Dortmund "Borussiya"sından 145 milyon avroya almışdı. "Barselona"ya transfer olunduqdan bir müddət sonra zədələnən və uzun müddət yaşıl meydanlardan kənarda qalan başa çatan mövsümdə oynadığı 23 rəsmi oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.