İdman 12:53 07.04.2018

Klub avtobusu qəzaya düşdü: 14 ölü, 14 yaralı

Kanadanın Saskatçevan bölgəsində dəhşətli qəza baş verib. 

Qaynarinfo xəbər verir ki, "Humboldt Broncos" xokkey klubunu daşıyan avtobus yük maşını ilə toqquşub.

Məlumata görə, avtobusda yaşları 18-21 aralığında olan xokkeyçilər, məşqçilər və klub rəsmiləri daxil 28 nəfər olub. Qəza nəticəsində 14 nəfər ölüb, 14 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdı.
 
Aydın