İdman 09:41 06.02.2018

Klub binasına silahlı basqın: yaralılar var

Türkiyənin ikinci liqasında çıxış edən "Kastamonuspor 1966" klubunun binasına silahlı hücum olub. 

Qaynarinfo xəbər verir ki, nəticədə klub müdiri Eren Uzun və futbolçu Salih Sefercik ayağından vurulubö

Hər iki yaralı Kastamonu Dövlət Xəstəxanasına yerlişdirilib. Onlara sialhı hücum edən şəxsin əvvəllər klubda masajçı işlədiyi, işdən çıxarılan, amma sonradan yenidən işə götürülən Əmrə Sarıoğlu adlı şəxs olduğu müəyyənləşib.

"Balıkesirspor"la iki dəfə aşağı liqanın qalibi olan, "Orduspor"la yarımfinal oynayan, "Giresunspor"la pley-off mərhələsinə vəsiqə qazanan Salih Sefercik iki mövsümdü "Kastamonuspor 1966"da çıxış edir. Onun futbolçu karyerasının bitə biləcəyi deyilir.