Ötən gün "Monako" 5 illik baş məşqçisi Leonardo Jardimlə yollarını ayırdı. 44 yaşlı mütəxəssis indiyədək kluba milyonlarla avro qazandırmağı bacarmışdı. 

Qaynarinfo Fanat.az-a istinadən xəbər verir ki, "Monako" Jardimin aşağı yaş qrupları üzrə komandalardan gətirdiyi və ya kiçik transfer məbləğləri hesabına aldığı futbolçuları sataraq böyük pullar qazanıb. "Monako"da çalışdığı müddətdə klubun büdcəsinə böyük məbləğdə xeyir verən mütəxəssin dövründə satılan önəmli futbolçuları təqdim edirik.

Qeyd edək ki, "Monako" Leonardo Jardim dönəmində transferlərə ümumilikdə 402 milyon avro xərcləyib, futbolçu satışından isə 765 milyon avro qazanıb.

Kilian Mbappe (PSJ) - 180.000.000 avro
Xames Rodriges (Real) - 75.000.000 avro
Tomas Lemar (Atletiko) - 70.000.000 avro
Antoni Martial (Mançester Yunayted) - 60.000.000 avro
Bnejamin Mendi (Mançester Siti) - 57.500.000 avro
Bernardo Silva (Mançester Siti) - 50.000.000 avro
Fabinyo (Liverpul) - 45.000.000 avro
Tiemu Bakayoko (Çelsi) 40.000.000 avro
Geoffrey Kondoqbia (İnter) - 36.000.000 avro
Layvin Kurzava (PSJ) - 25.000.000 avro
Yannik Karrsko (Atletiko) - 24.760.000 avro
Quydo Karillo (Sautqempton) - 22.000.000 avro
Aymen Abdennur (Valensiya) - 22.000.000 avro
Terense Konqolo (Huddersfild) - 20.000.000 avro
Raşid Qezzal (Lester) - 14.000.000 avro
Adama Diaxabi (Huddersfild) - 10.000.000 avro
Allan Saint-Maksimin (Nitsa) - 10.000.000 avro
Soualiho Meyte (Torino) - 10.000.000 avro