İdman 16:32 22.07.2019

"Neftçi" və "Qəbələ"nin potensial rəqibləri müəyyənləşdi

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin Əsas yolunun püşkü atılıb.
 
Qaynarinfo xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.

Azərbaycanı bu turnirdə təmsil edən "Neftçi" və "Qəbələ"nin də potensial rəqibləri bəlli olub. Yarışa II mərhələdən qoşulan Azərbaycan kubokunun qalibi "Qəbələ" Tbilisi "Dinamo”sunu mübarizədən kənarlaşdıra bilsə, III raundda Hollandiya klubu "Feyenoord"a rəqib olacaq.

"Sperantsa"nı 9 cavabsız qolla üstələyən "Neftçi" isə növbəti rəqib olan Tula "Arsenal"ından da güclü olsa, III mərhələdə "Bney Yehuda” (İsrail) ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.
 

Avropa Liqası

III təsnifat mərhələsi, Əsas yol

"Norçepinq” (İsveç)/"Liepaya” (Latviya) cütünün qalibi - "Hapoel Bier-Şeva” (İsrail)/"Kayrat” (Qazaxıstan) cütünün qalibi

"Lexiya” (Qdansk, Polşa)/"Brondbü" (Danimarka) cütünün qalibi - "Braqa” (Portuqaliya)

"Pünik” (Ermənistan)/"Yablonets” (Çexiya) cütünün qalibi -  "Vulverhempton” (İngiltərə)/"Kruzaders” (Şimali İrlandiya) cütünün qalibi

"Hoqesun” (Norveç)/"Ştrum” (Avstriya) cütünün qalibi - PSV (Hollandiya)/"Bazel” (İsveçrə) cütünün məğlubu

"Torino” (İtaliya)/"Debretsen" (Macarıstan) cütünün qalibi - "Şaxtyor” (Belarus)/"Esbyerq” (Danimarka) cütünün qalibi

"Mölde” (Norveç)/"Çukariçki" (Serbiya) cütünün qalibi -  "Aris” (Yunanıstan)/AEL (Kipr) cütünün qalibi

"Midtyulland” (Danimarka) - "Reyncers” (Şotlandiya)/"Proqres” (Lüksemburq) cütünün qalibi

"Riyeka” (Xorvatiya) - "Aberdin" (Şotlandiya)/"Çixura” (Gürcüstan) cütünün qalibi

"Antverpen” (Belçika) -  "Viktoriya” (Çexiya)/"Olimpiakos” (Yunanıstan) cütünün məğlubu

"Lokomotiv” (Plovdiv, Bolqarıstan)/"Spartak” (Slovakiya) cütünün qalibi - "Strasburq” (Fransa)/"Makkabi" (Hayfa, İsrail) cütünün qalibi

"Mariupol” (Ukrayna) -  "Alkmaar” (Hollandiya)/"Haken” (İsveç) cütünün qalibi

"Qzira” (Malta)/"Ventspils” (Latviya) cütünün qalibi - "Jeness" (Lüksemburq)/"Vitoriya” (Portuqaliya) cütünün qalibi

"Austriya” (Avstriya) - "Apollon” (Kipr)/"Şemrok Rovers” (İrlandiya) cütünün qalibi

"Tyun” (İsveçrə) - "Spartak” (Moskva, Rusiya)

AEK (Kipr)/"Levski" (Bolqarıstan) cütünün qalibi - "Gent” (Belçika)/"Vitorul” (Rumıniya) cütünün qalibi

"Vidi” (Macarıstan)/"Vaduts” (Lixtenşteyn) cütünün qalibi - "Ayntraxt” (Almaniya)/"Flora” (Estoniya) cütünün qalibi

"Feyenoord” (Hollandiya) - "Qəbələ” (Azərbaycan)/"Dinamo" (Gürcüstan) cütünün qalibi

"Alaşkert" (Ermənistan)/"Styaua" (Rumıniya) cütünün qalibi - "Mlada Boleslav” (Çexiya)/"Ordabasi" (Qazaxıstan) cütünün qalibi

"Legiya” (Polşa)/"Kuopio” (Finlandiya) cütünün qalibi - "Dunayska Ştreda” (Slovakiya)/"Atromitos” (Yunanıstan) cütünün qalibi

"Konnak” (Uels)/"Partizan” (Serbiya) cütünün qalibi - "Malatyaspor” (Türkiyə)/"Olimpiya" (Sloveniya) cütünün qalibi

"Domjale" (Sloveniya)/"Malmö” (İsveç) cütünün qalibi - "Utrext” (Hollandiya)/"Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi

MOİK (Bolqarıstan)/"Osiyek” (Xorvatiya) cütünün qalibi - "Zarya” (Ukrayna)/"Buduçnost" (Monteneqro) cütünün qalibi

"Arsenal” (Tula, Rusiya)/"Neftçi” (Azərbaycan) cütünün qalibi - "Bney Yehuda” (İsrail)

"Lütsern” (İsveçrə)/"Klaksvik” (Farer adaları) cütünün qalibi - "Espanyol” (İspaniya)/"Styarnan” (İslandiya) cütünün qalibi

"Sparta” (Çexiya) - "Trabzonspor” (Türkiyə)

"Honved" (Macarıstan)/"Universitatya Krayova” (Rumıniya) cütünün qalibi - AEK (Yunanıstan)

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.