İdman 09:21 19.06.2018

Avropa Liqası: Klublarımızın 5 potensial rəqibi bilindi

Avropa Liqasında çıxış edəcək klublarımızın 5 potensial rəqibi müəyyənləşib.

Qaynarinfo qol.az-a istinadən xəbər verir ki, artıq qruplar bəlli olduğundan klublarımızın  I təsnifat mərhələsindəki 5 potensial rəqibi məlum olub. Hər 3 klubumuz səpələnmişlər qrupunda yer alıb.

Gümüş mükafatçı "Qəbələ"nin mümkün rəqibləri Lüksemburqun "Proqres" (Niderkorn), Bosniya və Herseqovinanın "Şiroki Briyeq", Makedoniyanın "Şkupi", Litvanın "Ştumbras" və Slovakiyanın "Dunayska Streda" klublarıdır.

Bürünc medalçı "Neftçi" "Buduçnost" (Podqoritsa, Monteneqro), "Partizani" (Albaniya), "Uypeşt" (Macarıstan), "Samtredia" (Gürcüstan) və ya "Rasinq Union" (Lüksemburq) ilə qarşılaşacaq.

Ölkə kubokunun sahibi "Keşlə" isə "Milsami" (Orxey, Moldova), "Rudar" (Plevliya, Monteneqro), "Riqa" (Latviya), "Honved" (Budapeşt, Macarıstan) və ya "Baltsan" (Malta) komandası ilə qarşılaşacaq. 

Qeyd edək ki,  I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.