Sağlamlıq 16:11 24.09.2018

Köməyə ehtiyacı olanlar üçün “Tezsagal” layihəsi

Azərbaycanda "Tezsagal” adlı sosial-tibbi layihə hazırlanıb.

Layihədən Qaynarinfo-ya verilən məlumata görə, tibbi yardıma ehtiyacı olan insalara kömək etməkdir. Redaksiyamıza daxil olan açıqlamanı təqdim edirik:

Hər gün sosial şəbəkələrdə əməliyyata ehtiyacı olan, ancaq çox böyük məbləğin tələb olunduğu uşaqlar haqqında postlarla qarşılaşırıq. Kömək etmək istəyi yaransada bəzən məbləğin çox olması və ya digər səbəblərdən sadəcə "Allah köməyi olsun” "inşallah sağalar” yazıb keçirik. Ancaq bir neçə dəqiqədən sonra unutduğumuz bu uşaqların bəzisi elə bu əziyyətlə həyatını davam etdirməyə məcbur qalırlar. 

"Tezsagal” adlı layihəmiz vasitəsilə bu problemin böyük ölçüdə həllinə nail ola bilərik. Bu məqsədlə mövcud tibbi layihəmizin profilini dəyişərək tam təmənnasız adını qeyd etdiyimiz proyektə yönəldirik. Könüllülük prinsipini tətbiq edirik. Və birlikdə heç bir əlavə xərc çəkmədən sadəcə gündəlik alış-veriş və digər pul əməliyyatları zamanı əldə etdiyimiz bonusları istəyə uyğun olaraq, əməliyyata ehtiyacı olan uşaqlar üçün toplayırıq. 

Bir neçə qəpikdən tam bir neçə manatacan ola bilir bu bonuslar. Ancaq bütün ölkə üzrə gün ərzində bunu toplayanda çox ciddi məbləğ alınır. Bütün layihə könüllülər əsasında formalaşır. İdeyaya əsasən hər kəs layihədə iştirak edə, fikir bildirə, sərbəst şəkildə araşdırma apara və istənilən an nə qədər ianə etməsi haqqında elektron qəbz ala bilər. Həmçinin istənilən vaxt bankdan hesabın çıxarışını əldə edə bilər. Layihənin daha da şəffaflığı üçün əlavə təkliflər arzuolunandır. 

Bütün bunların tam şəkildə icrası üçün könüllülərə və əməkdaşlıq etmək istəyən şirkətlərə ehtiyacımız var. 

1. Köməyə ehtiyacı olan uşaqların siyahısı və onlar barədə əlavə məlumatlar. 
2. Media nümayəndələri. 
3. Developerlər (könüllü iştirak edənlər var. Ancaq çox olmağının ziyanı olmaz.)
3. Python-Django-nu bilən developerlər. 
4. Reklam, dizaynla məşğul olanlar. 
5. Bank nümayəndələri. 
6. Supermarket, Hipermarket nümayəndələri. 
7. Aeroport nümayəndələri. 
8. Mobil rabitə xidməti şirkətlərinin nümayəndələri. 
9. Bonustəqdimedəndigərşirkətlər.

Layihə ilə tam şəkildə tanış olmaq istəyənlər üçün əlaqə vasitələri: