"Xəzər TV”də yayımlanan "5/5” verilişində daha bir qalmaqal yaşanıb.
Qaynarinfo xəbər verir ki, aparıcı Zaur Kamal proqramın ikinci hissəsinə Könül Kərimova və Nüşabə Ələsgərlini dəvət edib.
Lakin, verlişin sonuna yaxın studiyaya Təranə Qumral da daxil olub. Gözlənilməz hadisədən əsəbləşən müğənni Könül Kərimova aparıcı Zaur Kamala sərt şəkildə irad bildirib - "bəzi pərdə arxası məsələlər var ki efirə çıxmalı deyil" - deyərək studiyanı tərk edib. Hadisədən pərt olan aparıcı isə "biz onları barışdırmaq istədik alınmadı"- deyərək sağollaşıb.
Şərhlər