Foto 09:57 14.12.2019

Könül Kərimovanın oğlu xəstəxanaya yerləşdirildi - Ürəyində problem var

Əməkdar artist Könül Kərimovanın oğlu Rəşad xəstəxanaya yerləşdirilib.

Qaynarinfo xeberci.az-a istinadən xəbər verir ki, Mərkəzi Klinikaya təcili tibbi yardımla çatdırılan Rəşadın ürəyində ciddi problemləri olduğu aşkarlanıb, anju əməliyyatı keçirib.

Oğlunun durumu ilə bağlı açıqlama verən Könül Kərimova məlumatı təsdiqləyib:

"Xəbər doğrudur. Səhərdən ağrıları var idi, elə bilirdik mədəsidir, amma sən demə, ürəyi imiş. Allah qorudu. Anju oldu, indi yaxşıdır”.