Maqazin 20:43 25.06.2018

Könül Xasıyevanın səhhəti yenidən pisləşdi

Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib. O, bu gün həkimə müraciət edib.

AzVision.az-ın əməkdaşı xalq artistinin özü ilə əlaqə saxlayıb. Çətinliklə danışdığını deyən xanəndə özünü yaxşı hiss etməyidiyni söyləyib.

"Hazırda sistem altındayam. Səhhətim yaxşı deyil. Müalicələr alıram, görək necə olacaq”, - deyə Xasıyeva bildirib. 

Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.