"Könül yarası" serialının çəkiliş heyəti narazılıqla üzləşib.
Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, Badamdarda axşam saatlarında gedən çəkilişlər zamanı səs-küy gəldiyi üçün qonşular narazılıq ediblər. Qonşu ilə baş operatorun arasında mübahisə yaşansa da, məsələ qalmaqalsız həll olunub.
Qeyd edək ki, "Könül yarası" serialı həftəiçi hər gün 19:00-da ARB telekanalında yayımlanır.
Şərhlər