Video 18:05 27.01.2020

Kobenin ölümünə səbəb olan helikopterin pilotunun səsyazısı yayıldı (VİDEO)

Kobe Braytın olduğu helikopteri idarə edən pilotun səsyazısı üzə çıxıb.

Qaynarinfo "The Sun" nəşrinə istinadən xəbər verir ki, səsyazısında pilot Ara Zobayana alçaqdan uçması ilə bağlı xəbərdarlıq edilib. Lakin onun hava şərtlərinə məhəl qoymaması və alçaqdan uçuş etməsi səbəbindən radarlarda helikopterin yeri tam şəkildə görünməyib. Bildirilir ki, qəza da məhz pilotun xəbərdarlıqlara məhəl qoymaması nəticəsində baş verib.
Qeyd edək ki, ötən gün baş vermiş helikopter qəzasında əfsanəvi basketbolçu Kobe Brayt və 13 yaşlı qızı da daxil olmaqla 5 nəfər həyatını itib.

Braytın ölümündən sonra 2012-ci ildə onun helikopter qəzasında öləcəyini iddia edən DotNosonun ironiyalı paylaşımı da gündəm olub. Lakin mütəxəssislər Carbon adlı proqram vasitəsilə bu tip tvitlərin yazıla biləcəyini, bu səbəbdən də sözgedən tvitin saxta olduğunu iddia edirlər.

Kobe ilə bağlı digər maraqlı bir hadisə isə onun barəsində çəkilmiş cizgi filmi olub. Burada Kobe 28 dekabr 207-ci ildə helikopter qəzasına düşür. Lakin cizgi filmi proqnoz deyil, sadəcə ironiya kimi qəbul edilir. Çünki orada Kobe hər tərəfə helikopterlə gedir.
 
Camal