"Kokain kralı" həbsdən qaçdı

İtaliyalı mafiya lideri Rokko Morabito Uruqvayda həbsxanadan qaçıb.

Qaynarinfo xəbər verir ki, Uruqvay hökuməti Morabitonu İtaliyaya ekstradisiya etməyə hazırlaşırdı. 

1995-ci ildən bəri İtaliya tərəfindən axtarılan Rokko Morabito "Ndrangheta" adlı cinayətkar qrupun rəhbəridir. "Milanın kokain lideri" kimi tanınan liderin Avropadakı kokain ticarətinin 80%-nə nəzarət etdiyi güman edilir. 52 yaşlı Rokko 2017-ci ildə Uruqvayın paytaxtı Montevideoda həbs edilib. O, paytaxtın şərqində yerləşən Punta del Este qəsəbəsində yerləşən dəbdəbəli villada yaşayırdı. 

Gülşən
XƏBƏRLƏR
BLOGLAR